Türk  Neonatologiya Dərnəyi, neonatal dövrdə (yenidoğulmuş uşaq dövrü – həyatın ilk ayında) ortaya çıxan xəstəliklərin qarşısını almaq, bu dönəmdəki xəstəliklərin ən qısa zamanda  diaqnozu və müalicəsi ilə əlaqədar olan yenilikləri izləmək və tətbiq etmək, beləliklə ölkəmizdə neonatal ölümü azaltmaq; Türkiyədə neonatologiya sahəsində çalışan səhiyyə işçilərinin təcrübəsini artırmaq və yenidoğulmuş uşaqların ailələrini məlumatlandıraraq ictimai maariflendirme məqsədi ilə qurulmuş bir təşkilatdır. 12 dekabr 1989-cu ildə Hacettepe Universitetində “Neonatolgiya Dərnəyi” adı altında qurulan dərnək o vaxtdan etibarən bir çox təhsil fəaliyyətləri həyata keçirmiş, nəşrləri və öz üzerine götürdüyü mesuliyetleri ile sosial sahədə önə çıxmışdır.  Neonatologiya Dərnəyi, Türk Təbiblər Birliyi Mütəxəssis Cəmiyyətləri  Koordinasiya Komitəsinə üzv olaraq digər qurumlarla əməkdaşlıq içində fəaliyyətini davam etdirmiştir.  

Nazirlər Kabinetinin 15 iyul 1998-ci il tarixli  98/11488 nömreli qərarı ilə “Türk Neonatologiya Dərnəyi” adını almışdır. Bu qerarla, əsas  məqsədi ölkəmizdə yenidoğulmuş uşaq ölümlərini azaltmaq, yaşayanların da qüsursuz  olmalarını təmin etməyə çalışmaq olan “Türk Neonatologiya Dərnəyi”, milli bir dərnək olma haqqına sahib olmuş və hələ də  üzvülüyünə daxil etmeye davam etdiyi  neonatologlar ilə  birlikte neonatologiya sahəsində Türkiyəni təmsil etmə xüsusiyyətini qazanmışdır.

Türk Neonatologiya Dərnəyi; təlim kursları, regional iclaslar  və qurultaylar təşkil ederek, diaqnostik və terapevtik protokollar hazırlayır. Hazırlanan  müalicə protokolları bütün Türkiyədə neonatoloqlar tərəfindən yaxından təqib edilməktədir. Türk Neonatologiya Dərnəyi neonatologiya sahəsi ile ortaq işbirliyində olan  digər sahələr ile sıx əməkdaşlıq edərək, ortaq iclaslar təşkil edir və ortaq protokolların hazırlanmasını təmin edir. Türk Neonatologiya Dərnəyi, neonatalogiya sahəsində çox mərkəzli tədqiqatların aparılması üçün həm texniki infrastruktur xidməti təmin edir, həm də qurduğu komissiyalarla tədqiqatların planlaşdırılmasına öndərlik edir. Bundan əlavə, hər il təşkil etdiyi yarışmalarda tədqiqat layihələri və məqalələri sahəsində mükafatlar verməklə neonatologiya sahəsinde elmi tədqiqatların  artırılmasını təşviq edir. Türk Neonatologiya Dərnəyi, hər il təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanan üç üzvünə xaricdəki nüfuzlu bir mərkəzdə müşahidəçi olmaq üçün təqaüd verir. Bütün bu xidmətlər ilə Türk Neonatologiya Dərnəyi, üzvlərinin bilik və bacarığını artırmağı və ölkəmizdə yenidoğulmuş körpələrə göstərilen  tibbi xidmətlərin standart və yüksək keyfiyyətdə olmasını təmin etməyi hədəfləyir.

Bu məqsədlə, hər bir elmi fəaliyyətdə ölkəmiz səhiyyə təşkilatları  ilə sıx və ortaq əməkdaşlıq içərisindədir. Türk Neonatologiya Dərnəyi  Ümumdünya  Yarımçıq Doğulmuş Uşaqlar Günü kimi xüsusi günlərdə ailələr və körpələri ilə görüşərək həm maariflendirici, həm də sosial görüşlər təşkil edir.

Missiya:                                                                                                                                                                                                                                                                Türk Neonatologiya Dərnəyinin Missiyası; klinik tətbiqdə, təhsildə, elmi tedqiqatlar  və peşə sahəsinin inkişafında mükəmməllik ilə Türkiyədə neonatologiya xidmətlərini asanlaşdırmaqdır.

Hədəf:

Türk Neonatologiya Dərnəyinin hədəfi, Türkiyənin neonatologiya sahəsində dünyada lider bir cəmiyyət olmasını təşviq etməkdir.